SƏNAYE

21 Yanvar

Azərbaycan 2019-cu il ərzində nə qədər neft və qaz çıxarıb?

2019-cu ildə Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 32,7 mlrd. manat olmaqla, 2018-ci ilə nisbətən 0,4% artıb.

Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sahənin əsas məhsulu olan xam neftin əmtəəlik hasilatı 37,4 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 24,5 mlrd. kubmetr təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 3,3% azalıb, qaz hasilatı isə 27,7% artıb.