BİZNES

25 Sentyabr

Azərbaycan ötən il xaricə 13.4 milyon dollarlıq tütün satıb

Ötən il Azərbaycanda 3.1 min hektar sahədə tütün əkilib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu il də 3.1 min hektar sahədə əkin aparılıb: "2019-cu ildə ölkədə 6 min ton tütün istehsal edilib. 2020-ci ilin yanvar-avqust ayları ərzində tütün istehsalı 3.8 min ton olsa da, hazırda tütün yığımı davam edir. Tütünün məhsuldarlığı 2019-cu ildə 19.3 sent/ha olub. Ötən il məhsuldarlıq səviyyəsi 2018-ci ilə nisbətən 1.6 % artıb. Azərbaycanda istehsal edilən tütünün hamısı ixrac edilir. 2019-cu ildə 6.4 min ton (400 kq. əvvəlki ildən qalan tütün) və ya 13.4 milyon dollar həcmində tütün xaricə satılıb. Ötən il tütün ixracı 2018-ci illə müqayisədə 53.5% artıb. Tütünün əsas ixrac bazarı Rusiyadır".