AVTO

06 Yanvar

Trampın “Ferrari”si hərraca çıxarılıb

Bakı 6 Yanvar Fins.az

ABŞ-da "Mecum Auctions" hərrac evi hazırkı ölkə prezidenti Donald Trampa məxsus olmuş "Ferrari F430" avtomobilini satışa çıxarıb.

Avtomobili əldə edən şəxsə üzərində D.Trampın imzası olan sənədlərin nüsxəsi də təqdim olunacaq.

Avtomobil 11 min kilometr yürüş məsafəsinə malikdir.

Mütəxəssislərin fikrincə, D.Trampın "Ferrari"si hərracda 400-500 min dollara satıla bilər.