VAKANSİYA

"Nikoil Bank" işçi axtarır - VAKANSİYA
17 MAY
1726

"Nikoil Bank" işçi axtarır - VAKANSİYA

2019-05-17 16:58:00

Müştəri Təcrübəsi üzrə Baş Mütəxəssis

Vəzifələr

• Bank müştəriləri arasında müxtəlif sorğuların keçirilməsi 
• Sorğuların nəticələrinə əsasən həftəlik və aylıq hesabatların tərtib olunması 
• Müştəri ilə bütün təmas nöqtələrinin monitorinqi və müştəri yol xəritələrinin (Customer Journey Map) tərtib olunması  
• Müştəri təcrübəsinə təsir edən daxili proseslərin monitorinqi
• Müştəri təcrübəsinin monitorinqi məqsədi ilə filiallara və digər satış nöqtələrinin ziyarəti 
• Müştərilər tərəfindən daxil olan şikayət və təkliflərinin statusunun monitorinqi
• Pozitiv müştəri təcrübəsinin təmin edilməsi üçün təkliflərin toplanması, təhlili və yeni təkliflərin irəli sürülməsi 
• Aparılan monitorinq, müsahibə və sorğuların əsasında iş planının  işlənib hazırlanması

Tələblər 

• Ali təhsil
• Marketinq/müştəri xidmətləri sahəsində iki ilə qədər iş təcrübəsi
• MS Office - in təcrübəli istifadəçisi
• Azərbaycan və rus dillərində ünsiyyət qurmaq bacarığı, ingilis dili biliyi üstünlük hesab ediləcəkdir
• Dinləmək və kommunikasiya qurmaq bacarığı
• Son nəticə və  problemlərin həllinə istiqamətlilik 
• Komandada işləmək və dəyişikliklərə tez uyğunlaşmaq bacarığı
• Analitik qabiliyyətlər və planlaşdırma bacarığı
• Tez öyrənmə, stressə davamlılıq və gərgin  rejimdə işləmə qabiliyyəti

Əmək haqqı namizədlə müsahibədən sonra müəyyən ediləcəkdir.

Xahiş edirik, CV-lərinizi [email protected] elektron ünvanına məktub mətni sətirində “Müştəri Təcrübəsi üzrə Baş Mütəxəssis” – vakansiyası göstərməklə göndərin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257