VAKANSİYA

"Kontakt Home" işçi axtarır - VAKANSİYA
09 OKTYABR
2840

"Kontakt Home" işçi axtarır - VAKANSİYA

2018-10-09 19:51:00

"Kontakt Home" Rəqəmsal Marketinq üzrə mütəxəssis/ Digital Marketing Specialist vəzifəsinə işçi axtarılır

Vəzifə öhdəlikləri:

• Şirkətin internetdə irəliləyiş strategiyasını hazırlamaq;
• Layihənin inkişaf planının reallaşdırılmasını təmin etmək;
• Müştəri bazasını genişləndirmək və onunla çalışmaq;
• Layihə üzrə işlərə nəzarət etmək, layihə üzrə aylıq hesabatları təşkil etmək və onları şöbə rəhbərinə təqdim etmək;
• Veb-resursun davamiyyəti, reklam materiallarının effektivliyi və konversiyaların analizi;
• SMM strategiyasını hazırlamaq;
• Əməkdaşlar üçün texniki tapşırıqları tərtib etmək.

Tələblər:

• İş təcrübəsi - 2 il və yuxarı olmalı;
• Azərbaycan və rus dillərini əla səviyyədə bilməli;
• Facebook ADS Manager-lə professional işləməyi bacarmalı;
• Data analiz, konversiya, ctr, ui, ux sözlərindən qorxmamalı;
• İnternet marketinq, e-mail marketinq bilikləri və Google analytics, google AdWords, SMM, SEO və s. alətlərindən sərbəst istifadə etməyi bacarmalıdır.

Arzu olunan tələblər:

• Müxtəlif Toollarla işləməyi bacarmalı;
• Çalışqan, yaradıcı, əzmli, sərbəst və özünü inkişaf etdirmə bacarığı olmalıdır.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: Razılaşma yolu ilə

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Rəqəmsal Marketinq üzrə mütəxəssis/ Digital Marketing Specialist” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256