VAKANSİYA

"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA
11 İYUN
3461

"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA

2018-06-11 20:54:00

Veysəloğlu Şirkətlər Qrupu Direktor köməkçisi vəzifısinə işçi axtarır.

Təcrübə müddəti: Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi

Təhsil: Ali  (Hüquq sahəsi üzrə ali təhsil arzuolunandır)

İxtisas Bilikləri və Bacarıqlar:

- Yüksək təşkilatçılıq bacarığı
- Azərbaycan, rus və ingilis dillərində peşəkar yazılı və şifahi ünsiyyət bacarığı
- Prioritetyönümlülük

Kompyuter Bilikləri: MS Office

VƏZİFƏ FUNKSİYALARI: 

- "Rəhbərin qəbulunda olmaq üçün müraciət edən şirkət əməkdaşlarının, iş adamlarının, qonaqların qeydiyyatını aparmaq və direktorun qəbul cədvəlini hazırlamaq    "
- "Rəhbərə ünvanlanmış  sənədlərlə  tanış olub, icrası aid olan aidiyatı struktur bölmə rəhbərinə yönləndirmək    "
- "Rəhbərliyin təsdiqi tələb olunan sənədlərin İSO və təlimatlara uyğun tərtib olunmasını, imzaların düzgünlüyünü yoxlamaq    "
- "Rəhbərin ezamiyyət səfərləri ilə bağlı texniki (viza açılması, bilet, mehmanxanada otaq sifarişi və s.) məsələləri həll etmək   "
- Rəhbərin ölkədə və ya xaricdə keçiriləcək seminarlara, treninqlərə, sərgilərə və ya hər hansı bir toplantıya dəvətnamə və şifahi dəvət olunduğu barədə dəqiq məlumat toplamaq, təhlil etmək və nəticələri barədə rəhbəri məlumatlandırmaq
- Rəhbərə lazım olan müvafiq məlumatların operativ olaraq aidiyyatı struktur bölmələrindən toplanmasını  təşkil edib bu sənədləri vaxtında rəhbərliyə təqdim etmək
- Şirkətlə bağlanılan müqavilələr, əmr, göstəriş və digər sənədləri tanış olması və imzalaması üçün rəhbərə təqdim etmək, imzalanmış sənədlərin ünvana çatdırılmasını təşkil etmək
- Rəhbərin şirkətin əməkdaşlarına həvalə etdiyi tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsini diqqətdə saxlamaq və ehtiyac yarandıqda bu barədə ona məruzə etmək
- Şirkətin mənafeyinin qorunması, kommersiya sirrinin saxlanılmasını təmin etmək

İş yeri: Bakı şəh.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Direktor köməkçisi" qeyd edilməsi xahiş olunur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258