VAKANSİYA

FINCA Azerbaijan işçi axtarır - VAKANSİYA
30 İYUN
2265

FINCA Azerbaijan işçi axtarır - VAKANSİYA

2016-06-30 22:00:00

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı AĞDAŞ, AĞSU, BƏRDƏ, BEYLƏQAN, CƏLİLABAD, QUBA, MASALLI, SABIRABAD, TOVUZ, ZAQATALA filialları üçün MƏHKƏMƏ İŞLƏRİ ÜZRƏ HÜQUQŞÜNAS vəzifəsinə işçi axtarışı elan edir. 

Bankdan fins.az-a verilən məlumata görə bu vəzifənin əsas məqsədi məhkəmə və mülki işlərin idarə edilməsi, təşkilat daxilində əməliyyatların hüquqi dəstəklənməsidir. Son müraciət tarixi 17 iyuldur.

Əsas vəzifə öhdəlikləri:

• Təşkilatın fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;

• Öz bacarıqları daxilində Problemli Kreditlər Şöbəsinin Rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;

• Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;

• Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətləri, vəsatətləri və digər sənədləri hazırlamaq  və məhkəməyə təqdim etmək;

• Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;

• PKŞ Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları vaxtında icra etmək. 

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək);

• Hüquq sahəsi üzrə azı bir il iş tcərübəsinə və yaxud yüksək təhsil göstəricilərinə malik olmaq;

• Mülki, mülki-prosessual, ipoteka haqqında, həmçinin bank qanunvericiliyini mükkəməl bilmək;

• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini bilmək arzuolunandır);

• Regionlara səfər etmək imkanına malik olmaq;

• MS Office proqramlarını mükəmməl bilmək;

• Təşkilat və onun missiyasına yüksək sadiqlik;

• Əla şəxsi keyfiyyətlər;

• Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri. 

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı 17 İyul 2016-cı il tarixinədək recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№053/16) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edə bilərsiniz: 

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

Tel: (012) 596 33 858687;

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272