VAKANSİYA

TBC Kredit işçi axtarır - VAKANSİYA
20 İYUN
1446

TBC Kredit işçi axtarır - VAKANSİYA

2016-06-20 22:00:00

TBC Kredit  BOKT Xaçmaz filialı üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. Son müraciət tarixi 20 iyuldur. Fins.az xəbər verir ki, iqtisadiyyat, və ya maliyyə-kredit sahəsində ali təhsil, Micro kredit sahəsində ən azı bir il təcrübəsi olan namizədlər vakansiyaya müraciət edə bilərlər.

Tələblər:

• İqtisadiyyat, və ya maliyyə-kredit sahəsində ali təhsil
• Micro kredit sahəsində ən azı bir il təcrübə
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• İngilis və rus dilində müəyyən səviyyədə biliklərə malik olanlara üstünlük veriləcək.

Öhdəliklər:

• Müştəri cəlb etmə bacarığı
• Kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı
• Prosedur qaydaları ilə tələb olunduğu kimi kredit portfelinin yüksək keyfiyyətini saxlamaq
• Kredit məhsulları üzrə xidmətlər və onların monitorinqi
• Kredit müraciətlərinin qiymətləndirilməsi və analizi qabiliyyəti

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-ləri  20 iyul 2016-cı il tarixinədək e-mail (hr@tbckredit.az) vasitəsilə təqdim etsinlər.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Xaçmaz filialı üçün Kredit Mütəxəssisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274