TENDER

Daşkəsən Zəylik Alunit Mədəni ilə bağlı keçirilən tender üçün Ekspertlər Şurası yaradıldı
17 İYUL
174

Daşkəsən Zəylik Alunit Mədəni ilə bağlı keçirilən tender üçün Ekspertlər Şurası yaradıldı

2019-07-17 16:50:00

“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən Daşkəsən rayonu ərazisində yerləşən “Daşkəsən Zəylik Alunit Mədəni”ndə alunit filizi ehtiyatlarının qiymətləndirilməsi və müasir zənginləşdirmə texnologiyası ilə alunit filizindən gil-torpaq istehsalı üçün zəruri olan alunit konsentratının əldə edilməsi, hasil edilən alunit konsentratını emal etməklə tərkibindəki gil-torpaq, gübrələr və digər yararlı məhsulların çıxarılması üçün tətbiq olunacaq iqtisadi baxımdan səmərəli, ekoloji cəhətdən təhlükəsiz texnologiyanın seçimi, bu texnologiyanın laboratoriya, yarımsənaye və sənaye sınaqlarının aparılması, həmçinin ətraflı texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün tender elan olunub.  

Bu tenderin nəticələrinin dəyərləndirilməsi, əsas şərtlər toplusunun hazırlanması, təkliflərə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi məqsədilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-də Ekspertlər Şurası yaradılıb. Bu barədə Fins.az-a ASC-dən bildirilib. 

Şuranın tərkibində “Azərbaycan Sənaye Korporasiyası” ASC və korporasiyanın nəzdində fəaliyyət göstərən “Azəralüminium” MMC, Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu və akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Kimya, neftkimya və neftqaz emalı sənayesində işlərin görülməsinə nəzarət müfəttişliyi və Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Yerin təkinin mühafizəsi və dağ-mədən  nəzarəti müfəttişliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “AzərGold” QSC-nin Geoloji kəşfiyyat şöbəsi, Milli Geoloji Kəşfiyyat Xidməti, eləcə də xaricdən dəvət olunmuş metallurgiya üzrə təcrübəli mühəndis heyəti və məsləhətçi qrup  - “Jaleem Engineers” MMC-nin boksit və alüminium sahələri üzrə məsləhətçisi Errol Jaeger, İstanbul Texniki Universitetinin metallurgiya mühəndisi Onuralp Yücel və metallurgiya mühəndisi Erman Car təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır