TENDER

Maliyyə Nazirliyi - TENDER
23 MAY
321

Maliyyə Nazirliyi - TENDER

2018-05-23 18:00:00

MALİYYƏ NAZİRLİYİ AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 3 lot üzrə keçirilir:

lot 1 - Kiçik və orta sahibkarlıq subyektlərində Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi ilə bağlı elektron təlim və təşviqat materiallarının hazırlanması işləri
lot 2 - Kiçik və orta sahibkarlıq subyektlərində Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun mühasibat uçotunun aparılmasına dair tədris vəsaitlərinin hazırlanması və nəşri işləri
lot 3 - Kiçik və orta sahibkarlıq subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun mühasibat uçotunun aparılmasına dair xüsusi təlimlərin təşkili işləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, S.Vurğun küçəsi 135 (AZ1022) (Əlaqələndirici şəxs:Arif Şixəliyev, telefon:404-46-99 (519)) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 250 manat 
lot 2 - 100 manat 
lot 3 - 150 manat 

Hesab: AZ83CTRE00000000000002108571
VÖEN 1401555071
Bank: Dövlət Xəzinədarlığı Agentliyi 
Kodu: 210005
VÖEN: 1400108191
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: BİK: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 5 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər:

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-06-21 11:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-07-02 11:00qədər Bakı şəhəri, S.Vurğun küçəsi 135 (AZ1022) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2018-07-03 11:00 tarixində Bakı şəhəri AZ 1022, S. Vurğun küçəsi, 135 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

Eləcə də bax: Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsi - TENDER

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258