TƏHSİL

Azərbaycanda 500 manata yaxın təqaüd alan tələbə... - VİDEO
06 MART
136

Azərbaycanda 500 manata yaxın təqaüd alan tələbə... - VİDEO

2019-03-06 12:03:00

Gədəbəyin Arıqıran kənd sakini İlqar Məmmədzadə hazırda Azərbaycanın ən yüksək təqaüd alan tələbəsidir. O, təxminən hər ay 500 manata yaxın təqaüd alır.
Fins.azXəzər TV-yə istinadən məlumat verir ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin 3-cü kurs tələbəsi İlqar Məmmədzadə 480 manatla Azərbaycanın ən yüksək təqaüd alan tələbəsidır.
İlqar Məmmədzadə Gədəbəyin Arıqıran kəndində orta məktəbi bitirib. 690 balla Bakı Dövlət Universitetininə qəbul olub və indiyə kimi bütün qiymətləri əladır. O, 1-ci kursu bitirdikdən sonra "Sabah qrupu"na imtahan verib və burda da yüksək nəticə əldə edib. Bununla kifayətlənməyən İlqar, mobil operator şirkətlərindən birinin tələbələr üçün yaratdığı təqaüd imkanlarından da yararlanıb.

İlqar, belə bir hədəfə çatmasını əzmkarlığı ilə əlaqələndirir. Onun sözlərinə görə, insan öz üzərində işləməli və boş vaxtını mümkün qədər elmə həsr etməlidir.
İndi İlqarın hər hansı maddi sıxıntısı yoxdur. O, aldığı təqaüdünü təhsilinə, özünü inkişafa yönəldir.
İlqar Məmmədzadə digər təqaüd proqralmarına da qoşulmağı planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264