STATİSTİKA

Buğdanın kilosu 0.18 dollara idxal olunur
14 İYUN
304

Buğdanın kilosu 0.18 dollara idxal olunur

2018-06-14 13:13:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2018 –ci ilin I rübü ərzində Qazaxıstandan  Azərbaycana idxal olunan məhsulların dəyəri 2017-cı ilin birinci rübü ilə müqaisədə 173%  artıb.

Bu məhsullardan ən çox dəyərə malik olan ikinci məhsul Yumşaq buğda və meslin,digərləri adı ilə qeyd edilmiş məhsul növləridir ki, 2018 –ci ilin I rübü ərzində bu məhsuldan 55,325.57 ton idxal edilib və 10,081.6 min dollar xərclənib, bu məhsul 2017-cı ilin birinci rübü ərzində 7,485.33 ton idxal edilib və 1,524.55 min ABŞ dolları sərf edilmişdir.

Eləcədə bax: Belarusiyadan gətirilən yağın kilosu 5 dollardır

İllər

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

2018(I rüb)

ton

55,325.57

10,081.6

2017(I rüb)

ton

7,485.33

1,524.55

Bu iki ilin müqaisəsi göstərir ki həmin məhsulun dəyəri 561%, miqdarı isə 639% artıb.

2018 –ci ilin I rübü ərzində göstərilmiş növ məhsulun, 1 ton üçün  orta qiyməti 182 ABŞ dolları təşkil edirdisə, 2017-cı ilin birinci rübü ərzində bu rəqəm 203 ABŞ dolları idi. Beləliklə, həmin məhsulun 1 ton üçün orta qiyməti 10% azalıb.

Eləcə də bax: İdxal olunan maşın hissələri ucuzlaşıb – STATİSTİKA

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253