SOSİUM

Havaya atılan tullantıya görə müəssisə cəzalanıb
20 DEKABR 2018
89

Havaya atılan tullantıya görə müəssisə cəzalanıb

2018-12-20 09:42:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, N.Nəsrullayev küçəsi 5 ünvanında fəaliyyət göstərən Bakı Elektriktökmə ASC-nin nəzdində fəaliyyət göstərən sexdən atmosferə atılan tullantılarla bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq aparılıb.  Monitorinq zamanı havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı Bakı Elektriktökmə ASC-nin nəzdində icarə müqaviləsi ilə fəaliyyət göstərən metal qəbulu sexinin sahibi Natiq Məmmədov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə olunub. Atmosferə atılan tullantıların qarşısının alınması, müasir təmizləyici qurğunun quraşdırılması məqsədilə sexin sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Bakı Elektriktökmə ASC-yə isə ətraf mühitə mənfi təsiri olan sexlərlə icarə müqaviləsi bağlamaması üçün icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256