SOSİUM

Həftə sonu üçün hava proqnozu - AÇIQLANDI
02 NOYABR
121

Həftə sonu üçün hava proqnozu - AÇIQLANDI

2018-11-02 12:31:00
Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Fins.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabr ayının 3-4-də ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin Lənkəran-Astara zonasının bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Şərq küləyinin üstünlüyü müşahidə olunacaq.

Onun sözlərinə görə, növbəti günlərdə ölkə ərazisidə havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir.

Noyabr ayının 3-4-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Noyabr ayının 4-ü səhər saatlarında bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-şərq küləkləri əsəcək. Havnın temperaturu isə 16-18 dərəcə arası dəyişəcək.

 Eləcə də bax:Penisyaya vaxtından əvvəl çıxmaq mümkündürmü? - ŞƏRH

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258