SOSİUM

Məktəblərdə cinsi tərbiyə dərsi tədris olunacaq - VİDEO
22 OKTYABR
181

Məktəblərdə cinsi tərbiyə dərsi tədris olunacaq - VİDEO

2018-10-22 11:14:00

Üç ildir pilot layihə kimi orta məktəblərdə keçirilən cinsi tərbiyə dərsinin bu ildən ölkə üzrə tam tətbiqinə başlanacaq. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, məqsəd demoqrafik vəziyyəti qorumaq, infeksyon xəstəliklərin qarşısını almaq üçün reproduktiv sağlamlıq haqqında gənclərin biliklərinin artırılmasına nail olmaqdır.

Səhiyyə Nazirliynin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və islahatlar şöbəsinin nümayəndəsi Nabil Seyidov hesab edir ki, bu dərsin tədrisinə ciddi ehtiyac var.

Nabil Seyidovun sözlərinə görə, reproduktiv sağlamlıq üzrə xüsusi təlimlər gənclərin düzgün, mənəvi və sağlam formalaşmasında əhəmiyyətli rol oynayacaq. Tədris vəsaitini "Biologiya" və "Həyat bilgisi" müəllimləri tədris edəcək. 6-cı sinifdən başlayaraq tədris olunan reproduktiv sağlamlıq haqqında dərsə ümumilikdə 8 saat ayrılıb.

Vətəndaşlar da cinsi tərbiyə dərslinin tədrisinin şagirdlərə faydası olacağını düşünürlər.

Kitab yoxlanılması və tədrisi üçün Təhsil Nazirliyinə təqdim olunub. Dərsliyin hazırlanmasında nazirliyin məsləhətçiləri, ekspertləri və Səhiyyə Nazirliyinin məsləhətçiləri - pediatr, psixoloq və ginekoloqlar iştirak ediblər.

 Eləcə də bax:"Özü əkibsə belə, ağacı icazəsiz kəsmək olmaz"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257