SOSİUM

Bu kənddə ilk dəfə təbii qaz verildi
26 SENTYABR
138

Bu kənddə ilk dəfə təbii qaz verildi

2018-09-26 14:39:00

Neftçala rayonunun kəndinə ilk dəfə təbii qaz verilib.

Fins.az xəbər verir ki, Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat yayıb

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın ''Azəriqaz'' İstehsalat Birliyi tərəfindən sentyabrın 26-da Neftçala rayonunun Ərəbqardaşbəyli kəndinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib. Bildirilib ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 17 961 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı,həmçinin paylayıcı qaz xətləri çəkilib, 96 mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259