SOSİUM

ABŞ səfiri USAİD-in Azərbaycana maliyyə yardımını azaltmasına münasibət bildirib
13 FEVRAL
184

ABŞ səfiri USAİD-in Azərbaycana maliyyə yardımını azaltmasına münasibət bildirib

2018-02-13 13:29:00

 ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 2018-ci ildə Azərbaycana maliyyə yardımını azaltması ilə bağlı məsləyə münasibət bildirib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki, Kürdəmir rayonuna səfər edən səfir jurnalistlərə bildirib ki, yardımın dəqiq məbləği hələlik müəyyən edilməyib: “ABŞ qanunvericiliyinə görə, xarici yardımları hakimiyyətin iki qolu – icraedici və qanunverici hakimiyyət müəyyən edir. Yekun məbləğin təsdiq olunmasında hakimiyyətin hər iki qolu iştirak edir. Yardımın məbləği hələlik müəyyən edilməyib. Konqresdə yardımın məbləğinin müəyyən edilməsi ilə bağlı müzakirələr davam edir. Əsas bir məsələni diqqətinizə çatdırım ki, ABŞ 1992-ci ildən Azərbaycana yardım edir. Məcburi köçkünlərə və müharibədən əziyyət çəkənlərə 100 000 000, Azərbaycan dövlətinin inkişafına isə 1.3 milyard dollardan artıq yardım göstərib”.

Eləcə də bax: USAID 2018-ci ildə Azərbaycana maliyyə yardımını azaltmaq niyyətindədir

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267