SOSİUM

Hava kəskin dəyişəcək – XƏBƏRDARLIQ
31 AVQUST
1661

Hava kəskin dəyişəcək – XƏBƏRDARLIQ

2016-08-31 14:11:00

Bakıda və Abşeron yarımadasında sentyabrın 1-i gündüzdən 2-si günün ikinci yarısınadək şimal-qərb küləyinin güclənəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı düşəcək.

Azərbaycanın rayonlarında

Sentyabrın 01-də  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə  intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 12-17,  gündüz 20-25 dərəcə isti olacaq.

Xəbərdarlıq

Azərbaycanın rayonlarında sentyabrın 1-dən 3-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi  ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə  aşağı düşəcək.  Çaylarda sululuğun artacağı ehtimal olunur.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 1-i gündüz və 2-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda ötən günlərlə müqayisədə temperaturun bir qədər aşağı enməsi meteohəssas insanlar üçün müsbət amildir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274