SOSİUM

Xüsusi rütbəli polislərin maddi təminatı - AZALDILIB
01 İYUN
473

Xüsusi rütbəli polislərin maddi təminatı - AZALDILIB

2016-06-01 09:47:00

“Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib.
Nazirlər Kabinetinin qərarına görə, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” 73 nömrəli qərarın 1.5-ci bəndi ləğv edilib.


Xatırladaq ki, bu bəndə görə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə ödənilən dövlət rüsumunun 20 faizi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin pasport və qeydiyyat qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının ("ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək, maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülürdü.

 

*******

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 236
 

№ 236                                    Bakı şəhəri, 22 iyun 2016-cı il

 

“Polis  əməkdaşının  maddi  və  sosial  təminatları  ilə  bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2000-ci il 20 aprel   tarixli  73  nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1381-IVQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 1605 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 4 (II kitab), maddə 319; 2004, N 1, maddə 51, N 7, maddə 589, N 11, maddə 970; 2005, N 7, maddə 677; 2006, N 9, maddə 830; 2007, N 5, maddə 544; 2008, N 2, maddə 124; 2009, N 11, maddə 937; 2010, N 4, maddə 359; 2011, N 12, maddə 1260; 2014, N 4, maddə 460, N 5, maddələr 565, 593 ) 1.5-ci bəndi ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272