SOSİUM

Dünyanın ən yaxşı ölkələri açıqlandı - SİYAHI
06 İYUN
623

Dünyanın ən yaxşı ölkələri açıqlandı - SİYAHI

2016-06-06 14:02:00

Dünyanın ən yaxşı ölkələrinin yer aldığı “The Good Country Index” cədvəli tərtib olunub.

Fins.az Modern.-ə istinadən xəbər verir ki, 163 ölkənin olduğu reytinqdə BMT və beynəlxalq təşlilatların hesabatları yer alıb.

İndeksdə təhlükəsizlik, elm, səhiyyə, iqlim və mətbuat azadlığı kimi müxtəlif kriteriyalar əsas götürülüb.

İndeksdə Azərbaycan 97-ci pillədə qərar tutub. Elm və texnologiya sahəsində ölkəmiz 120-ci, mədəniyyətdə 116-cı, beynəlxalq sülh və təhlükəsizlikdə 113-cü, iqlim şəraitinə görə 49-cu, səhiyyəyə görə 44-cü yerdə qərarlaşıb.

Qonşu ölkələrdən Rusiya 72-ci, Türkiyə 55-ci, Ukrayna 78-ci, Qazaxıstan 110-cu, Ermənistan 82-ci və Gürcüstan 45-ci yerdə qərar tutub.

Dünyanın ən yaxşı ölkəsi İsveç seçilib. Danimarka 2-ci, Hollandiya 3-cü, Böyük Britaniya 4-cü, Almaniya 5-ci, Finlandiya 6-cı, Kanada 7-ci, Fransa 8-ci, Avstriya 9-cu və Yeni Zelandiya 10-cu pillədə yer tutub.

“The Good Country İndex” indeksinin sonuncu pillələrində Mərkəzi Afrika Respublikası (160-cı), Mavritaniya (161-ci), Ekvatorial Qvineya (162-ci) və Liviya (163-cü) yer alıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271