SOSİUM

Lavrov Qarabağ danışıqlarının detallarını açıqladı
17 MAY
803

Lavrov Qarabağ danışıqlarının detallarını açıqladı

2016-05-17 08:05:00

Vyanada Dağlıq Qarabağ üzrə danışıqların iştirakçıları regionda 1994-95-ci il sazişi formatında atəşkəsə əməl olunacağına dair razılığa gəliblər. TASS agentliyinin verdiyi məlumata görə, bunu görüşdə iştirak edən Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib.

“Tərəflər güzəştlərin axtarılmasının lehinədirlər və bu güzəştlərin ifadə edilməsinə kökləniblər. Biz isə, öz növbəmizdə, buna imkan yaradacağıq. Razılığa gəlinib ki, iyun ayında Azərbaycan və Ermənistan prezidentləri növbəti danışıqların yerini və vaxtını təyin etsin və Qarabağ probleminin nizamlanmasının son parametrləri üzrə işlər davam etdirilsin. Güzəşt hər zaman mümkündür. Əgər belə bir imkan olmasaydı, Rusiya, ABŞ və Fransa bununla məşğul olmazdı. Məqsədimiz  münaqişənin tam olaraq nizamlanmasına doğru irəliləyərək işi sona çatdırmaqdır. Çox güman ki, tərəflər arasında vəziyyətin kifayət qədər gərgin olduğunu nəzərə alaraq, bunu mərhələli şəkildə etmək lazım olacaq. Hər halda nizamlanmanın birinci mərhələsinin parametrlərini razılaşdırmaq imkanı var”, deyə S.Lavrov bildirib. 

APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275