SOSİUM

Azərbaycanda orta pensiya açıqlandı
03 MAY
592

Azərbaycanda orta pensiya açıqlandı

2016-05-03 16:17:00

Azərbaycanda 1 303 252 nəfər əmək pensiyaçısı var. Onlardan 536 659 nəfəri kişi, qalanları qadınlardır.

Əmək pensiyası ilə təmin olunanların 781 576 nəfəri yaşa görə, 375 884 nəfəri əlilliyə görə, 145 792 nəfəri isə ailə başçısının itirilməsinə görə pensiya alır. 2016-cı il fevralın 1-dən etibarən əmək pensiyasının baza hissəsinin məbləği 10 faiz artırılıb. Eləcə də, əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ilin 4 faizlik istehlak qiymətləri indeksinə uyğun artırılması həyata keçirilib.

Nəticədə Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəli ilə müqayisədə 6,8 faiz artaraq 189,9 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 210,8 manata çatıb. Bu göstəricilər ölkə üzrə əməkhaqlarının orta aylıq məbləğinə nisbətdə müvafiq olaraq 40,2 faiz və 44,6 fazi təşkil edir ki, bu da beynəlxalq standartlara, habelə Avropa Sosial Xartiyasının tələblərinə uyğundur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272