SIĞORTA

Ən məşhur sığorta şirkətləri açıqlandı -TOP 5
02 AVQUST
388

Ən məşhur sığorta şirkətləri açıqlandı -TOP 5

2018-08-02 12:36:00

Media Consulting and Services media monitorinq qrupu  01-30 iyul 2018-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub. Fins.az xəbər verir ki, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb. Ay ərzində haqqında ən çox danışılan sığorta şirkətləri məlum olub. "Atəşgah" 112 məlumatla 1-ci, "PAŞA Sığorta" 108 məlumatla 2-ci,"AzSığorta" 67 məlumatla 3-cü olub. "Qala Sığorta" 57 məlumatla və "AXA MBASK" 51 məlumatla  ilk beşliyə düşə bilib.  

Qeyd edək ki, Media Consulting and Services media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  600 on-line media daxil olmaqla  665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253