SIĞORTA

Bağlanan sığorta şirkətinin kreditorlarına növbəti dəfə ödəniş həyata keçirildi
21 İYUN
223

Bağlanan sığorta şirkətinin kreditorlarına növbəti dəfə ödəniş həyata keçirildi

2018-06-21 17:00:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 26 avqust 2016-cı il tarixli qərarı ilə lisenziyası ləğv edilmiş “Alfa Sığorta” ASC-nin III növbə kreditor tələbləri üzrə ödənişlər həyata keçirilir. Fins.az xəbər verir ki, bu barədə Palatanın açıqlamasında bildirilir. 

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Məlumatda həmçinin deyilir ki, şirkətin aktivlərinin məhdud olması səbəbindən ləğvetmə komissiyası “Sığorta fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq ödənişlərin kreditor tələblərinin mütənasib olaraq 23%-i qədər həyata keçirilməsinə qərar verib. 

Xatırladaq ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qərarı ilə “Alfa Sığorta” müflis elan edilib və bununla bağlı prosedura başlanılıb. Bu müddət ərzində şirkətin kreditorlarının tələblərinin reyestri tərtib edilib və məhkəmə onu təsdiq edib. Məsələyə yekun olaraq Ali Məhkəmədə baxılıb. Hazırda şirkətin ləğvi davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273