SIĞORTA

“Qala Sığorta” və “Qala Həyat”dan ekologiya işçilərinə müjdə
23 MAY
234

“Qala Sığorta” və “Qala Həyat”dan ekologiya işçilərinə müjdə

2018-05-23 11:32:00

Azərbaycanda hər il “23 May – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin peşə bayramı günü” kimi qeyd olunur. Bu münasibətlə “Qala Sığorta” və “Qala Həyat” şirkəti bu gündən etibarən məhsullar üzrə güzəşt kampaniyasına start verib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, kampaniya çərçivəsində hər iki şirkət tərəfindən ekologiya əməkdaşları üçün könüllü sığorta məhsullarına 15-20%-dək güzəşt nəzərdə tutulub.

Sığorta bazarının “immuniteti”ni necə gücləndirməli?! -ŞÜKÜR HÜSEYNOV

Bu güzəşdən yararlanmaq istəyən müştərilər istər “Qala Sığorta”, istərsə də “Qala Həyat” şirkətinə yaxınlaşmaqla könüllü sığorta məhsullarını əldə edə bilər.

Kampaniya 30 may tarixinədək davam edəcək. Məhsullarla bağlı daha ətraflı məlumat üçün (012) 377 10 10, (012) 404 77 44 və ya 1540 qısa nömrəsinə zəng etmək mümükündür.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.Azərbaycanda bütün sahələrdə olduğu kimi ekologiya işçiləri də ekoloji tarazlığın qorunması və ətraf mühitin sağlamlaşdırılması istiqamətində apardıqları uğurlu xidmətləri ilə seçiliblər.

Ölkədə 3 milyondan çox insanın aqibəti necə olacaq? - Qanun dəyişdi

Fürsətdən istifadə edərək “Qala Həyat” və “Qala Sığorta” şirkətinin kollektivi ekologiya sahəsində çalışan bütün işçilərin bayramını təbrik edir, onlara işlərində uğurlar arzulayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267