“Azərsığorta”nın yığımları ilə yanaşı, ödənişləri 19,4% azalaraq 5,528 milyon manat təşkil edib. 2016-cı ilin yanvar-may aylarında isə sığorta şirkətinin ödəniş xərcləri 6,862 milyon manat təşkil etmişdi.
Sığorta şirkətinin idarə heyətinin sədr müavini Aftandil Hacıyev Fins.az-a bildirib ki, sığorta yığımlarında kəskin azalmaya səbəb bəzi müqavilələr üzrə daxil olmaların gecikməsidir. Belə ki, bəzi icbari sığorta növləri üzrə müqavilələr yenilənsə də, sığorta haqları ödənilməyib. Bu da ümumi statistikaya təsir edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır