SIĞORTA

Ötən il 1 milyona yaxın avtomobil sığortalanıb
05 YANVAR
248

Ötən il 1 milyona yaxın avtomobil sığortalanıb

2017-01-05 14:37:00

İcbari Sığorta Bürosu 2016-cı il ərzində sığortalanan avtomobillərlə bağlı son məlumatını açıqlayıb. Bürodan fins.az-a verilən məlumata görə, avtomobillərin icbari sığortası (AVSMMİS) üzrə 996 632 nəqliyyat vasitəsi sığortalanıb. Bunların 130 655-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 79,8 milyon manat təşkil edib.

2015-ci il ilə müqayisədə icbari avtomobil sığortası üzrə sığorta müqavilələrinin sayında 3.3%, sığorta haqlarının məbləğində isə 4.4% artım müşahidə edilib.

2016-cı ildə Azərbaycan Respublikasında qeydiyyatda olan nəqliyyat vasitələri üzrə orta sığorta haqqı 88 manat təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+31°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294