SIĞORTA

Sığorta şirkətinin yığımları 10 milyon manat artdı – HESABAT
18 NOYABR
434

Sığorta şirkətinin yığımları 10 milyon manat artdı – HESABAT

2016-11-18 08:25:00

«Qala Həyat» sığorta şirkətinin bu ilin yanvar-oktyabr ayları üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi 56,5% və ya 10 070 804 manat artaraq 27 887 284manat olub. 2015-ci ilin yanvar -oktyabr aylarında isə sığorta şirkəti 17 816 480 manat sığorta haqqı toplayıb. Sığorta şirkəti  ötən ayda isə 1 513 519 manat sığorta haqqı yığıb.

Sığorta yığımları ilə yanaşı, «Qala Həyat»ın ödənişləri 22 % artıb.Ötən ilin yanvar-oktyabr ayları üzrə şirkət 16 425 414 manat ödəniş edib. Bu ilin eyni dövründə ödəniş xərcləri isə 20 046 442manat təşkil edib.  “Qala Həyat”ın  oktyabr ayında  ödəniş xərcləri 1 045 302 manat olub.

Sığorta şirkətinin zərərliliyi də aşağı düşüb. Belə ki, ötən ilin 10 ayında “Qala Həyat” topladığı hər 100 manatdan 92,1 manatını ödəniş olaraq müştərilərinə geri qaytarıb. Bu ilin eyni dövründə isə bu rəqəm 71,9 manat olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270