SIĞORTA

Sığorta şirkətinin yığımları 43 dəfə artıb - HESABAT
21 İYUL
159

Sığorta şirkətinin yığımları 43 dəfə artıb - HESABAT

2016-07-21 10:39:00

“Günay Sığorta” şirkətinin 6 aylıq nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, ötən ilin birinci yarısı ilə müqayisədə ümumi yığımların həcmi 43 dəfə artaraq 2 013 358 manat olub.Yığımların 70 %-i könüllü əmlak sığortasının, 20%-i kasko sığortanın, qalan hissəsi isə digər sığorta növlərinin payına düşüb. Şirkətdən bildirilib ki, yığımların birdən-birə bu qədər artması “Buta Sığorta” şirkətinə aid portfelin “Günay Sığorta”ya ötürülməsi ilə bağlıdır.

Yığımların əksinə olaraq sığorta ödənişlərinin ümumi həcmi 75,1 % azalaraq 14 032 manat olub. 2015-ci ilin yanvar-iyun aylarında isə “Günay Sığorta” 56 508 manat ödəniş edib. Ödənişlərin 10 972 manatı kasko sığortası üzrə avtomobillərin təmir xərcinə görə ödənilib. Şirkətin tibbi sığorta xərcləri isə 3060 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275