SƏNƏDLƏR

Meliorasiya və Su Təsərrüfatı ASC-nin obyektləri ilə bağlı icazə alınması tələb olunmayan işlərin siyahısı təsdiqlənib
04 DEKABR
88

Meliorasiya və Su Təsərrüfatı ASC-nin obyektləri ilə bağlı icazə alınması tələb olunmayan işlərin siyahısı təsdiqlənib

2018-12-04 09:49:00

Azərbaycan Meliorasiya və Su TəsərrüfatıAçıq Səhmdar Cəmiyyətinin balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə olunması, saxlanılması, qorunması üçün icazə alınması tələb olunmayan işlərin Siyahısı” təsdiq edilib.

Fins.az  xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarda qeyd edilir ki, bu dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə (Yuxarı dövlət orqanı, digər aidiyyəti dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırmaqla qəbul (təsdiq) olunan normativ hüquqi aktda dəyişiklik yalnız həmin dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırıldıqdan sonra edilə bilər. Belə normativ hüquqi aktda ona dəyişiklik edilməsi qaydası göstərilməlidir -red) uyğun edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256