KƏND TƏSƏRRÜFATI

Bərdədə payızlıq səpin üçün 11 min hektarda şum qaldırılıb
05 SENTYABR
78

Bərdədə payızlıq səpin üçün 11 min hektarda şum qaldırılıb

2019-09-05 11:21:00

Taxıl zəmilərindən bol məhsul götürən Bərdə rayonunun fermerləri payızlıq əkinlər üçün mühüm aqrotexniki tədbir olan yay şumunun aparılmasını davam etdirirlər.

Bərdə rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, yüksək məhsuldarlıqda yay şumunun əhəmiyyətini xüsusi qiymətləndirən fermerlər və torpaq mülkiyyətçiləri bu işin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün ciddi səy göstərirlər. Bu günədək rayonunun təsərrüfatlarında 11 min hektar sahədə şum qaldırılıb.

Qeyd edək ki, Bərdə taxılçıları bu il 11 min 642 hektar taxıl sahəsindən 50 min 170 ton məhsul əldə ediblər. Məhsulun 40 min 052 tonu buğda, 10 min 118 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 44,3 sentner, arpa sahələrində isə 38,9 sentnerdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır