KƏND TƏSƏRRÜFATI

İmişlidə indiyədək 9,6 tondan çox barama tədarük olunub
03 İYUL
73

İmişlidə indiyədək 9,6 tondan çox barama tədarük olunub

2019-07-03 14:21:00

İmişlidə barama tədarükü davam edir. Dövlət tərəfindən baramaçılığın inkişafına göstərilən dəstəkdən bəhrələnən rayonun kümçüləri qısa müddətdə 9 ton 650 kiloqram barama tədarük ediblər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu mövsüm rayonda 156 kümçü ilə müqavilə bağlanılıb, onlara 425 qutu (7 min 970 qram) ipəkqurdu toxumu paylanılıb. İşi müvəffəqiyyətlə başa çatdıran rayon kümçüləri artıq bir neçə gündür ki, əldə etdikləri məhsulun tədarükü ilə məşğuldurlar. Barama tədarükündə rayonun Bəhrəmtəpə qəsəbə, Göbəktala, Cəfərli, Telişli, Özcələr və Məzrəli kəndlərinin kümçüləri xüsusilə fəallıq göstərirlər.

Qeyd edək ki, ötən il rayonda 134 ailə ipəkqurdu bəsləyib və bu mövsüm onların sayı 156–ya çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271