ƏRZAQ SƏBƏTİ

Tacikistanın prezidenti əhaliyə qida ilə bağlı müraciət edib
15 MAY
142

Tacikistanın prezidenti əhaliyə qida ilə bağlı müraciət edib

2018-05-15 10:35:00

Tacikistanın prezidenti Emomali Rəhmon ölkədə məhsul yığımının kəskin azalacağı barədə ölkə vətəndaşlarını xəbərdar edib. Rəhmon həmvətənlərini daha qənaətcil olmağa çağırıb. Bu barədə Tacikistan dövlət başçısının rəsmi saytında məlumat dərc olunub.

Quraq mövsümün gözlənildiyini əmin edən Rəhmon, vətəndaşları böhran şəraitində bədxərcliyə yol verməməyə səsləyib. “Adətən bayram ərəfəsində, xüsusi ilə Ramazan və Qurban bayramlarında bəzi həmvətənlərimiz bazar və dükanlardan bayram süfrəsi üçün o qədər məhsul alır ki, elə bil sabah dünyanın axırı çatacaq”, – deyə Rəhmon gileylənib.

Tacik dövlət başçısı eyni zamanda sahibkarları bayram ərəfəsində qiymətləri süni şəkildə artırmamağa çağırıb. Onun sözlərinə görə, Ramazanda qiymətləri aşağı salmaq İslam şəriətində ən savab əməllərdən sayılır. (Modern.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276