SAĞLIQ

Dərman firmaları hökumətə müraciət etdi
28 NOYABR
471

Dərman firmaları hökumətə müraciət etdi

2016-11-28 16:19:00

Azərbaycanda fəaliyyət göstərən apreklərdə dərman qıtlığı yaranıb. Fins.az-ın araşdırmasına görə, dərman firmaları apteklərə dərman  verməkdən imtina edirlər.

Apteklərdə apardığımız sorğudan məlum oldu ki, dərman qıtlığı dolların  bahalaşması ilə bağlıdır. Belə ki, dərman idxalı ilə məşğul olan şirkətlərin rəhbərləri bildiriblər ki, onlar ABŞ valyutasının məzənnəsi 1.55 manat olan dərmanlar alıblar. İndi isə dollar məzənnəsi bahalaşıb. Banklar  ABŞ valyutasını 1.78 manatdan da baha satılır. Deməli, firmalar növbəti partiyada dərmanları yüksək məzənnə ilə almalıdırlar. Ona görə də onlar aşağı məzənnə ilə  aldıqları dərmanı ucuz qiymətə satmaq istəmirlər.

Buna görə də idxalçı şirkətlər indiyədək aldıqları dərmanları satmaq istəmirlər. Firmalar bunu dolayısı ilə olsa da təsdiq edirlər. Ölkənin ən iri dərman idxalçısı olan “Zeytun” firmasının satış şöbəsinin əməkdaşı Ülvi Məmmədov dolların bahalaşmasının dərman idxalına ciddi təsir etdiyini bildirdi:

“Xaricdən dərman gətirməkdə çətinlik çəkdikir. Dolların bahalaşması bütün rüsumları, ödənişləri bahalaşdırıb. Satışda isə standart qiymətlər tətbiq edilir. Ona görə də həmin qiymətlərlə satmaq   firmalara sərfəli deyil”.

Satış təmsilçisi  vəziyyət çıxış yolu tapmaq üçün təxminən 1 həftə əvvəl hökumətə müraciət etdiklərini deyib: “Bizə kömək etmələri üçün hökumətə müraciət etmişik. İstəyirik ki, qiymətlərə yenidən baxılsın”.  

“Dərman satışı sosial əhəmiyyət daşıyır. Ona görə də biz bu prosesi dayandırmamışıq. Depomuzda nə qədər dərman varsa,  biz onu satırıq. Olan dərmanları saxlamırıq ”.

Ü.Məmmədov bildirdi ki, depoda dərmanların 70 faizi var.  Şirkət hər gün bölgələrdəki apteklərə  20 maşınla dərman paylayırlar. Bəzi dərmanları isə şirkət xaricdən idxal edə bilmədiyi üçün satışda yoxdur.

Qeyd edək ki, məsələyə aydınlıq gətirmək üçün İqtisadiyyat Nazirliyinə etdiyimiz zənglər cavabsız qaldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271