SAĞLIQ

Sizi yaşınızdan böyük göstərən - 10 VƏRDİŞ
28 OKTYABR
740

Sizi yaşınızdan böyük göstərən - 10 VƏRDİŞ

2016-10-28 13:28:00

Gec və ya tez, zaman hər birimizə qalib gələcək, bizim cavan görünüşümüz əbədiyyata qovuşacaq. Zamanın keçməsi əlbəttə ki, sizin zahiri görünüşünüzə öz təsirini göstərəcək. Ancaq bu sahədə yaxşı xəbər var: sivilizasiya bizə müxtəlif kremlər və kosmetoloqları bəxş edib. Tələsməyin, pis xəbər də var: mənfi (pis) vərdişlər onların bütün zəhmətini hədər edəcək və nəticədə siz 2 dəfə daha sürətlə qocaqlacaqsınız.
Fins.az xarici mətbuata istinadən sizi yaşınızdan daha böyük (qoca) göstərən 10 vərdişlərlə tanış edir. Özünüzü düşünün və bu mənfi vərdişlərdən mümkün qədər uzaq durun.

1. Gün işığı
Söhbət tək günəş vannaları və ya çimərlik istirahətindən getmir. Bizi gündəlik həyatımızda əhatə edən günəş şüalarının da ziyanı var. Bir çox insanlar səhlənkarlıq edərək günəş kremlərindən istifadə etmirlər. Nəticə dəriniz günəşdən gələn birbaşa ultrabənövşəyi şüaların təsirinə məruz qalır. Şüalar sizin dəri xərçəngi tutmağınızdan başqa dərinizin qocalmasını da sürətləndirir.

2. Gün işığın çatışmazılığı
Tətqiqatlar göstərir ki, gün işığı çatışmazlığı bədəndə D vitaminin çatışmazlığı ilə nəticələnir. O isə öz növbəsində bəzi xərçəng xəstəliklərinin inkişaf riskini artırır. Qızmar Günəş şüaları altında olmaq nə qədər təhlükəlidirsə, gün işığından təcridolunma da bir o qədər ziyandır. Buna görə də günəş kremlərindən istifadə etməyi unutmayın.

3. Yuxu çatışmazlığı
Yuxu çatışmazlığı haqqında o qədər elmi iş və kitablar yazılıb ki, onu ziyanı haqqında təkrar nağıllara ehtiyac yoxdur. Yeganə bunu yadda saxlayın ki, əgər gündə 8 saatdan az yatırsınızsa, gənc və elastik dəriyə əlvida deyə bilərsiniz.

4. Dəridə nəm çatışmazlığı
Hər bir şəxsin fərqli dəriyə qulluq ehtiyacları var. Bəzi insanların dərisi çox yağlı, digərlərində isə dəri Böyük Səhra qumları qədər qurudur. Lakin hansı dəri növünə sahib olduğunuzdan asılı olmayaraq, gündəlik nəmləndirmə metodlarından istifadə etmədiyiniz təqdirdə üzünüz sizə “çox sağ ol” deməyəcək. Nəmləndirmə üçün lazım olan bütün vəsaitlər əlinizin altındadır. Onları nəzərə almamaq sadəcə axmaqlıqdır.

5. Ucuz təmizləyici vasitələr
Bəli, təəccüblənməyin. Yaxşı gelin qiyməti bahadır. Onların nə qədər tez sərf olunduğunu nəzərə alsaq lüks brendlərdən istifadə sizin büdcənizi məhv edəcək. Amma davamlı olaraq supermarketin aşağı rəfindən ucuz təmizləyici vasitələrdən istifadə gec-tez öz mənfi effektini göstərəcək. Daha dəqiq desək hidrolipid balansını pozacaq. Ona görə də çox ucuz təmizləyicilərə üstünlük verməyin, arada xəsislik hissinizdən keçin və brend təmizləyiciləri əldə edin.

6. Fiziki aktivliyin olmaması
Bəyəm bilmirdiniz?! Fiziki məşqlər tək əzələləri deyil, eyni zamanda dərinizin rəngi, ton və fakturasını da gumrah edir. Məhz buna görə də idman zalına abunənizi uzadmağa dəyər.

7. Xroniki stress
Son illərin tətqiqatları göstərir ki, daimi stress və bədəndə kortizolun yüksək səviyyəsinin ürək-damar xəstəlikləri, hipertoniya, cinsi zəiflik və digər müxtəlif mənfi təsirləri ola bilər. Digər tərəfdən stress dərinizin tərkibindəki kollageni tədricən məhv edərək onun qocalmasını sürətləndirir.

8. Düzgün qidlanmamaq
Qısa olaraq: omeqa-3, turşular, antioksidantlar, sellüloza və aşağı qlikemik indeksili qidalara HƏ, mədənizi qıcıqlandıran qidalara, şirniyyatlara və yağlı ətə YOX deməlisiniz.

9. Həddindən artıq spirtli içki qəbul etmək
Fikir vermisiniz ki, spirtli içki aludəçiləri öz həmyaşıdlarından daha qoca görünürlər? Onda özünüz nəticə çıxarın.

10. Siqaret çəkmək
Doğurdan siqarət çəkməyin mənfi təsirləri haqqında xəbəriniz yoxdur?

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272