PR

Kapital Bank iki yenilənmiş filialını istifadəyə verib
28 DEKABR 2016
200

Kapital Bank iki yenilənmiş filialını istifadəyə verib

2016-12-28 14:33:00

Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Samux və Goranboy filiallarının yenilənmiş ofislərini istifadəyə verdi. Yeni konsepsiya əsasında təmir edilən Samux filialı Samux rayonu, Nəbiağalı qəsəbəsi, Nəriman Nərimanov küçəsi, 9  ünvanda yerləşir. Bununla yanaşı yeni konsepsiya əsasında təmir edilən Goranboy filialı isə Goranboy rayonu Heydər Əliyev prospekti, 9  ünvanında fəaliyyətini davam etdirir.

 Kapital Bank-ın yeni konsepsiya əsasında təmir edilən filialları, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

 Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. Cari il ərzində 4 şəhər (Şuşa, 28 May, Binəqədi və Cəfər Cabbarlı) və 7 region (Şabran, Lerik, Qax, Qəbələ, Bərdə, Samux və Goranboy) filialı yeni konsepsiyaya uyğun əsaslı təmir olunub, yeni Gənclik Mall filialı və Bakı Limanı şöbəsi açılıb. 2017-ci ildə də bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunaraq istifadəyə verilməsi planlaşdırılır. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7202
  • € EUR
    1.8529
  • ₽ RUB
    0.0298