PR

Expressbank-dan Yeni il lotereyası davam edir!
27 DEKABR 2016
202

Expressbank-dan Yeni il lotereyası davam edir!

2016-12-27 11:40:00

Yeni il Expressbank-ın plastik kart sahibləri üçün ikiqat bayramdır. Çünki onlar gündəlik alış-verişlərini Expressbank-ın ödəniş kartları ilə etməklə həm xərclədikləri vəsaitin bir hissəsini geri alır, həm də lotereyada iştirakçı olaraq dəyərli hədiyyələr qazanmaq şansı əldə edirlər.

Yeni il lotereyasının şərtlərinə görə, POS-terminallar vasitəsi ilə ölkədaxilində Expressbank-ın plastik kartları ilə minimal olaraq 20 AZN və daha çox həcmdə nağdsız ödəniş edən bütün müştərilər hər alış-veriş zamanı hədiyyə qazanmaq üçün 1 şans əldə edirlər. Aksiya 6 dekabr 2016-cı il - 6 yanvar 2017-cı il tarixləri aralığında bütün alış-veriş məntəqələrində aparılmış nağdsız ödənişlərə şamil olunur.

Uduş fondu 3 smartfon və 1 planşetdən ibarətdir. Belə ki, müştərilər 2 ədəd Samsung Galaxy Note Edge, 1 ədəd Samsung Galaxy S5 mini və 1 ədəd Samsung Galaxy Tab 4 uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, "Xərclərinizi gəlirə çevirin" şüarı altında təqdim olunan ExpressClub layihəsi çərçivəsində, Expressbank-ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin bir hissəsini karta geri alırlar (Cash back). Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsi ilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9856
  • ₽ RUB
    0.0286