PR

“Azər-Türk Bank” 3 dəfədən çox böyüyüb
25 APREL
328

“Azər-Türk Bank” 3 dəfədən çox böyüyüb

2016-04-25 13:10:00

Bu ilin 1-ci rübünün yekunlarına görə, “Azər-Türk Bank”ın cəmi aktivləri 1 milyard 233,75 milyon manat təşkil edib. Fins.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin 1-ci rübünün yekunu ilə müqayisədə 3,2 dəfə çoxdur.

Son 1 ildə “Azər-Türk Bank”ın kredit portfeli 55,4% dəfə artaraq 417,44 milyon manat olub. Bankın vaxtı keçmiş kreditləri isə 2 dəfədən çox artaraq 15,94 milyon manata çatıb. Problemli kreditlərin ümumi kredit portfelində payı isə 2,8%-dən 3,8%-ə yüksəlib.

Bankın ipoteka kreditlərinin həcmi isə 8,6 dəfə artaraq 16,3 milyon manat olub.

“Azər-Türk Bank”ın depozit portfeli isə 33,7% artaraq 359,85 milyon manat təşkil edib. Bank məcmu kapitalını isə 8,9% artırıb və 60,7 milyon manata çatdırıb. Kredit təşkilatının plastik kartlarının sayı isə 5,3 dəfə artaraq 21 951 olub.

Hesabat dövründə “Azər-Türk Bank”ın gəlirləri 16 milyon 775 min manat (2,3 dəfə çox), xərcləri isə 8 milyon 885 min manat (43,1% çox) olub. Beləliklə, bank 7 milyon 890 min manat mənfəət əldə edib. Bu, 2015-ci ilin 1-ci rübünə nisbətən 6,5 dəfə çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272