NƏQLİYYAT

Goranboyda 14 kilometrlik avtomobil yolunun təmirinə başlanılıb
12 FEVRAL
149

Goranboyda 14 kilometrlik avtomobil yolunun təmirinə başlanılıb

2018-02-12 10:17:00

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Goranboy rayonunda ümumi uzunluqları 34 km olan və 26,5 min əhalinin yaşadığı 20 yaşayış məntəqəsini əhatə edən 2 avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub.

Agentlikdən Fins.az verilən məlumata görə, bu yollardan biri Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yoludur. Uzunluğu 14 km olan yol IV texniki dərəcəyə uyğun bərpa edilir.

Uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən yolun əsaslı şəkildə bərpasına ehtiyac var idi.

Hazırda layihəyə uyğun 10 metr enində yeni yol yatağının tikintisi aparılır ki, bunun üçün kənardan xüsusi çınqıl material daşınır, yolun altından əkin sahələrinin suvarılması və əhalinin istifadəsi üçün suların ötürülməsi məqsədi ilə 10 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi işləri də müvəffəqiyyətlə icra olunur. Texnoloji ardıcıllıqla həyata keçirilən işlərin davamı olaraq qum-çınqıl qarışığından ibarət yol əsasının tikintisi ardınca isə 2 laydan ibarət asfalt-beton örtüyünün salınması işləri aparılacaq.

Sözügedən yolun yenidən qurulması yol boyu yaşayan vətəndaşlarımızın Goranboy rayonunun Dəliməmmədli şəhərinə rahat gediş-gəlişi təmin olunsun, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu vasitəsi ilə respublikamızın istənilən istiqamətinə hərəkət etmək mümkün olsun.

Goranboy rayonunun Hazırəhmədli, Göynüyən və Qarasuçu kəndlərinə gedən 3,5 km uzunluğa malik olan avtomobil yolu da uzun müddətdən sonra təmir olunur. Təmir işləri zamanı köhnə yol əsası qazılaraq çıxarılır və qum-çınqıl qarışığından ibarət yeni yol əsası salınır. Yol əsası hazır olan hissələrə isə yüksək keyfiyyətli asfalt-beton örtük döşənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276