NƏQLİYYAT

Dəmir yolu ilə daşınmalar azalır
26 MAY
216

Dəmir yolu ilə daşınmalar azalır

2016-05-26 10:31:00

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 4,6 milyon ton yük daşınıb. Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,5% azdır. Son 1 ildə sərnişin daşınması isə 21,3% azalaraq 581,7 minə düşüb.

Rəsmi statistikaya görə, hesabat dövründə orta hesabla sutkada 414 vaqon yüklənib, 389 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,3 min ton, Qərb istiqaməti üzrə 4,4 min ton, Cənub istiqaməti üzrə isə 1,5 min ton yük göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274