MÜSABİQƏ

UEFA Millətlər Liqasında SOCAR mükafatı təqdim olunub
10 İYUN
116

UEFA Millətlər Liqasında SOCAR mükafatı təqdim olunub

2019-06-10 10:02:00

UEFA-nın ilk dəfə təşkil etdiyi UEFA Millətlər Liqasının ən yaxşı gənc oyunçusuna turnirin sponsorlarından olan SOCAR-ın mükafatı təqdim olunub.

Fins.az-ın məlumatına görə, həmin mükafata Hollandiya millisinin və "Ayaks"ın 22 yaşlı yarımmüdafiəçisi Frenki de Yonq sahib olub.

Lakin onun komandası Millətlər Liqasının qalibi ola bilməyib. "Narıncılar" finalda Portuqaliyaya 0:1 hesabı ilə uduzaraq, gümüş medalla kifayətləniblər. Bürünc medalı isə İngiltərə əldə edib.

Millətlət Liqasının ən yaxşı oyunçusu adına isə Portuqaliya millisinin və İngiltərənin "Mançester Siti" klubunun üzvü Bernardu Silva layiq görülüb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272