İKT

Snap şirkəti Snapchat'ın istifadəçi kütləsini artırmaq üçün yeni məhsullarını təqdim edib
08 APREL
158

Snap şirkəti Snapchat'ın istifadəçi kütləsini artırmaq üçün yeni məhsullarını təqdim edib

2019-04-08 17:42:00

 Snapchat-ın istifadəçi kütləsi artmır və buna görə də şirkət əlavə gəlir mənbələri üzərində çalışır. Buna görə də Snapchat messencerinin sahibi olan Snap şirkəti öz yeni məhsullarını təqdim etmək üçün Partner Summittədbiorini keçirdib. Bu barıədə Recode saytına istinadən Vc.ru saytı xəbər verib. Şirkət ilk öncə özünün Snap Audience Network adlı reklam şəbəkəsini təqdim edib. Bu üsulla şirkət kənar tətbiqlərdə reklam sata biləcək. Bu vasitə ilə Snap istifadəçi kütləsinin artmaması fonunda öz biznesini genişləndirməyi və öz reklam partnyorlarına yeni müştəriləri təqdim etməyi planlaşdırır. Bu reklam şəbəkəsi sisteminin nə zaman istifadəyə veriləcəyi və sistemin necə çalışacağı barəsində məlumat verilməyib.

    Bundan əlavə olaraq Snap kənar tətbiqlərin tərtibatçılarına öz Stories funksiyasına qoşulmağı təklif edir. Bu üsulla məsələn Tinder servisi özününü Stories funksiyasını yaratmadan Snapchat-ın Stories funksiyasını öz tətbiqinə inteqrasiya edə biləcək. Bunun üçün istifadəçilər sadəcə olaraq öz Tinder hesablarını Snapchat ilə inteqrasiya edəcəklər və beləliklə Snapchat-da paylaşılmış Stories paylaşımını həmçinin Tinder-də də paylaşmaq mümkün olacaq. Şirkət həmçinin özünün Bitmoji Party adlı ilk oyununu da təqdim edib. Bu oyun vasitəsilə istifadəçilər bir-biriləri ilə virtual xallara və hədiyyələrə görə yarışacaqlar.

Şirkət həmçinin Zynga və ZeptoLabs kimi partnyorlardan olacaq oyunların da Snapchat-da işıq üzü görəcəyini elan edib. Bu da Snap-ın əlavə gəlir mənbəyi ola bilər. Belə ki, oyunlar vasitəsilə istifadəçilər tətbiqdə daha çox zaman keçirəcəklər və bir qayda olaraq daha çox reklam elanlarını görəcəklər. Bütün bunlardan əlavə olaraq şirkət həmçinin özünün AR filtr yaratma sisteminin yenilənmiş versiyasını da təqdim edib. Bundan sonra tərtibatçılar təkcə üzlər üçün yox həm də insan bədəni və qolları üçün də maskalar yarada biləcəklər. Məlumata əsasən 2018-ci ilin dördüncü rübündə Snapchat-ın gündəlik istifadəçi kütləsi 186 milyon insan təşkil edirdi. Şirkət ortalama hər rübdə bir istifadəçiyə görə 2.09$ qazanır. Müqayisə üçün qeyd etmək lazımdır ki, Facebook-da bu göstərici 7.37$-dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263