İKT

Süni intellekt insanın fiziki ağrı qorxusunu müəyyənləşdirir
26 DEKABR 2018
144

Süni intellekt insanın fiziki ağrı qorxusunu müəyyənləşdirir

2018-12-26 14:48:00

Maqnit rezonans tomoqrafiya şəkillərinin analizi üçün nəzərdə tutulan süni intellekt xəstələrin fiziki ağrı qorxusunu proqnozlaşdıra bilir. Bu barədə Balqrist Universitet Klinikasının (Uniklinik Balgrist) alimlərinin tədqiqatında deyilir.

“Hightech” resursuna istinadən, fiziki ağrı qorxusunu proqnozlaşdıran mövcud metodlar səmərəsizdir – xəstələr anket suallarını cavablandırırlar, cavablar isə subyektiv ola və anketin doldurulması zamanı insanın vəziyyətindən asılı ola bilər.

Bildirilir ki, İsveçrə alimləri tərəfindən hazırlanan alqoritm maqnit rezonans tomoqrafiya şəkillərini beyinin ağrının hiss edilməsinə cavabdeh olan nahiyələrinin aktivliyini analiz edir.

Süni intellekt fiziki ağrı qorxusunun mövcudluğunu sübut edən nümunələr axtararaq bu məlumatlar əsasında xəstədə belə qorxunun olub-olmamasını müəyyənləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264