İKT

Apple şirkəti yeni startap aldı
09 DEKABR
240

Apple şirkəti yeni startap aldı

2018-12-09 00:03:00

Fins.az-ın məlumatına görə, Apple şirkəti cavan ifaçıların inkişaf etdirilməsi sahəsində fəaliyyət göstərən Platoon adlı startapı aldı. Maraqlısı ondadır ki, bu startapın təsisçilərindən biri Apple şirkətinin keçmiş əməkdaşıdır. Platoon startapı 2016-cı ildə Denzyl Feigelson və Saul Klein tərəfindən təsis edilib. Şirkət ABŞ-da və İngiltərədə cavan ifaçıların inkişaf etdirilməsi ilə məşğul olur. Platoon şirkəti sayəsində bir sıra cavan ifaçılar nəticədə Universal və Sony şirkətləri ilə müqavilələr bağlayıblar. Apple şirkətinin bu startapı hansı qiymətə aldığı barəsində məlumat verilmir. Lakin məlumdur ki, Denzyl Feigelson şirkətin rəhbəri vəzifəsində çalışmağa davam edəcək. Şirkət 12 işçidən ibarətdir. Sol tərəfdə Saul Klein, sağ tərəfdə isə Denzyl Feigelson əks olunub: Məlumata əsasən iPhone istehsalçısının Platoon-u alması Platoon-nun orijinal musiqi və vizual kontent hazırlanması sahəsinin inkişafın təsvirinin daha da inkişaf etdirilməsində şirkətə əlavə resurslar verəcək. Şirkətin Platoon-u nəyə görə alması bilinmir. Çox güman ki, şirkət Platoon-u özünün cavan musiqiçilərin axtarılması layihəsinə inteqrasiya etmək istəyir. Qeyd etmək lazımdır ki, bu ilin oktyabr ayında şirkət Asaii adlı platformanı almışdı. Bu platforma machine learning texnologiyası sayəsində cavan musiqiçilərin axtarılması üzrə fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, Denzyl Feigelson 2002-ci ildə bəri Apple-da çalışırdı. O ilk öncə Apple şirkətinin xüsusi layihələri ilə məşğul olurdu. Daha sonra Feigelson iTunes komandasına qoşuldu. Feigelson həmçinin Londonda keçirilmiş iTunes Festival tədbirinin təşkilatçılığında da iştirak edib. Bir sıra məlumata əsasən o, Steve Jobs-un etibar etdiyi şəxslərdən biri olub. Saul Klein isə daha öncə LoveFilm layihəsinin həmtəsisçisi olub. Bu layihə elektron poçt vasitəsilə DVD icarəsi və videoların canlı yayımı sahəsində çalışırdı. Lakin 2011-ci ildə Amazon şirkəti bu layihəni aldı və onu indi hamının tanıdığı Prime Video servisinə çevirdi

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256