İKT

“WhatsApp”a yeni funksiya gəlir - Sizi xəbərdar edəcək
09 İYUL
206

“WhatsApp”a yeni funksiya gəlir - Sizi xəbərdar edəcək

2018-07-09 09:37:00

"WhatsApp" bir müddət əvvəl "Ucdan-uca şifrələmə" (End-To-End Encryption) funksiyası ilə istifadəçilərə daha təhlükəsiz təcrübə yaşatmağı vəd etmişdi. İndi isə artıq proqram üzərindən göndərilən hər link analiz ediləcək və zərərli olduğu halda istifadəçiyə bildiriləcək.
Fins.az Technote-yə istinadən xəbər verir ki, lakin linkə daxil olmaq seçimi sizdə olacaq.
Yəni, "WhatsApp" bildirişlərini nəzərə almadan linkə daxil ola biləcəksəniz.
Artıq "WhatsApp Beta" istifadəçiləri proqramın 2.18.206 versiyasında bu funksiyanı istifadə edə bilirlər. Qısa zaman ərzində funksiyanın hər kəs üçün istifadəyə verilməsi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270