İKT

Instagram Story'lərinə musiqi əlavə etmək funksiyası gəlir
21 İYUN
216

Instagram Story'lərinə musiqi əlavə etmək funksiyası gəlir

2018-06-21 22:41:00

Instagram, Story bölməsinə yeni funksiyalar gətirməyə davam edir. Bir müddət əvvəl şirkətin Spotify və SoundCloud kimi musiqi servisləri ilə müqavilə imzaladağından bəhs etmişdik. Bu gun isə proqramın qaynaq kodlarında aşkarlanan servislərin kodları və sızan şəkilə görə qısa zaman ərzində bu funksiya ilə tanış olacağımızdan xəbər verir.

Fins.az xəbər verir ki, qısa zamanda bu funksiya qlobal olaraq yayımlanacaq və proqramın daxilindən musiqiləri janrına və oxuyan ada görə axtarmaq mümkün olacaq.        

Facebook, Spotify, Soundcloud kimi servislər ilə bu funksiyaya görə müqavilə imzaladı. Şərtlər bəlli olmasa da, bilinir ki, böyük bir musiqi bazası bizə təklif olunacaq. Musiqilər trendlərə görə də axtarıla biləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255