İKT

Narahat edən nömrələri necə bloklayaq?
16 MAY
970

Narahat edən nömrələri necə bloklayaq?

2018-05-16 08:32:00

Bəzən istifadəçilər onları narahat edən nömrələri  əngəlləməyin yollarını axtarır.

Görəsən, iOS və ya Android əsaslı smartfonlarda nömrələrini necə blok etmək olar?

Fins.az xəbər verir ki, Xeberler.az telefonunuza uyğun olaraq  nömrələri blok etmək barədə ətraflı məlumat təqdim edir:

iOS əsaslı smartfonlardakı nömrələri blok etmək

Sizi narahat edən bir nömrəni bloklamaq üçün “Telefon” tətbiqinə daxil edin. Nömrəni tapın və onun yanında olan dairədə "İ" düyməsini basın.  Zəng  və digər əməliyyatlar barədə məlumat əks olunan ekranda  "Zəng edəni əngəllə" seçimini qeyd edin.

iOS əsaslı smartfonlardakı nömrələri əngəlləmək

Kontakt siyahısından kimsə blok etmək istəyirsinizsə, bu təlimatları müvafiq olaraq yerinə yetirin: Parametrlər> Telefon> Zəngi Əngəlləmək> Şəxsi əngəlləmək

Android smartfonlarda nömrələri bloklamaq

Android 8.0 Oreo istifadə edirsinizsə, nömrəni bloklamaq üçün bu təlimatları izləyin: Zəng> Parametrlər> Bloklanmış nömrələr> Nömrə əlavə et

Windows smartfonlarda nömrələrə qadağa qoymaq

Sizi narahat edən bir nömrəni qadağan etmək üçün iki addımlı bir proses keçməlisiniz. İlk olaraq “Hesablar”a daxik olun və sonra Zəng + SMS Filtrinə daxil olun. Burada “Bloklanan Zənglər” seçimini  aktiv edin. Sonra Telefon tətbiqinə daxil olun, bloklamaq istədiyiniz nömrəni basın və “Nömrəni əngəllə” düyməsini sıxın.

HTC telefonlarda nömrələri əngəlləmək

Bir çox HTC markalı telefondakı nömrələri bloklamaq üçün bu addımı aşağıdakı qaydada yerinə yetirməlisiniz: Telefon tətbiqini açın, Zəng arxvini seçin, nömrəyə toxunun və sonra “Şəxsi” və ya “Nömrəni Bloklama” seçimini yoxlayın.

LG telefonlarında nömrələri bloklamaq

LG markalı bir çox telefondakı nömrələri bloklamaq üçün aşağıdakı adımları izləmək lazımdır: Telefon tətbiqini açın, sonra Menyu> Parametrlər> Çağrıyı rədd et> Zəngləri əngəllə düyməsinə daxil olub, nömrəni blok edin.

Samsung telefonlarında nömrələri əngəlləmək

Bir çox Samsung markalı telefonda nömrələri bloklamaq üçün Telefon tətbiqini açın və Log-u açın. Bir nömrə seçin və daha sonra  Digər> Bloklama 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256