İKT

“Facebook” I rübdə reklamdan 12 mlrd. dollar gəlir əldə edib
26 APREL
93

“Facebook” I rübdə reklamdan 12 mlrd. dollar gəlir əldə edib

2018-04-26 10:41:00

Dünyanın nəhəng sosial şəbəkəsi olan “Facebook”un 2018-ci ilin I rübündə xalis gəliri 1,6 dəfə artaraq 4,988 mlrd. dollar təşkil edib.

Fins.az xəbər verir ki, 2018-ci ilin I rübündə cəmi aktivlərin həcmi 88 mlrd. 945 mln. təşkil edib ki, bu da ötən illə müqayisədə 29,44% çoxdur.

“Facebook”un cəmi öhdəlikləri 2018-ci ilin birinci rübündə 11 mlrd. 325 mln. təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 73,54% çoxdur.

Şirkətin reklamdan əldə etdiyi gəlir 11 mlrd. 795 mln. təşkil edib ki, bu da 2017-ci ilin birinci rübü ilə müqayisədə 1,5 dəfə çoxdur. 

Əməliyyatlardan daxil olan gəlir  5 mlrd. 449 mln. təşkil edib. Bu isə ötən illə müqayisədə 15,82% çox deməkdir.

Sosial şəbəkənin aktiv istifadəçilərinin sayı aprel ayının 1-nə 1,45 milyard nəfərə çatıb ki, bu da 2017-ci ilin I rübü ilə müqayisədə 13% çoxdur, aktiv istifadəçilərin aylıq sayı isə 13% artıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277