İKT

3D printerlə kağız robot hazırladılar – VİDEO
24 APREL
141

3D printerlə kağız robot hazırladılar – VİDEO

2018-04-24 10:12:00

ABŞ-ın Karneqi-Mellon universitetindən olan mühəndis qrupu 3D printerin köməkliyi ilə elektrik cərəyanı ilə hərəkətə gələn kağız robotlar yaratmağın yolunu tapıb.

Fins.az xəbər verir ki, tədqiqatçıların hazırladığı texnologiyaya görə, 3D printer adi A4 vərəqin lazımı hissələrində qrafen qatqılı polilaktid polimerinin cığırlarını çap edir.

Onlara cərəyan ötürdükdə qızaraq, genişlənir və bütün konstruksiyanın öncədən təyin olunmuş hərəkətləri etməsinə təkan verir.

Sadə robotların hazırlanması üçün tərtibatçılar xüsusi proqram təminatı hazırlayıb.

Həmin proqramla istifadəçi robotun konstruksiyasını modelləşdirir, kağız üzərində olacaq cığırların mövqeyini və məsafəsini öz istəyinə uyğun təyin edir, istədiyi hərəkəti verərək, sistemin sazlığını xüsusi simulyator vasitəsi ilə yoxlayır.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254