İKT

Kosmosa ilk 900 turist bileti satıldı – QİYMƏT
28 NOYABR 2017
1331

Kosmosa ilk 900 turist bileti satıldı – QİYMƏT

2017-11-28 11:23:00

Britaniyalı sahibkar və milyarder Riçard Brensonun “Virgin Galactic”şirkəti  ilk kosmik turistlərə 900-ə yaxın bilet satıb.

Fins.az-ın məlumatına görə, bu barədə Brenson özü Moskvada keçirilən “Synergy Global Forum 2017” biznes forumunda bildirib.

“Ümid edirəm ki, 2-3 aydan sonra “Virgin Galactic” kosmosa yola düşəcək və tamamilə yeni kosmik era başlayacaq. Beləliklə, burada olan bir çox insanlar kosmosa getmək imkanına nail ola biləcəklər”, - deyə o bildirib.

Hazırda “kosmosa” biletin qiyməti 250 min dollar dəyərindədir. Ancaq sahibkarın sözlərinə görə, zaman-zaman onun qiyməti düşə bilər. 

Qeyd edək ki, artıq “Virgin Galactic” şirkəti “SpaceShipTwo” turist gəmisinin bir neçə sınağını keçirib. Həmçinin suborbital kosmik uçuş da planlaşdırılıb. 

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256